Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi

 

   İyunun 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Qurtuluş Günü münasibətilə “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idimövzusunda konfrans keçirilib. Tədbiri muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova açaraq müstəqillik tariximizdə məxsusi yer tutan Milli Qurtuluş Gününün əhəmiyyəti, konfransın mövzusu barədə danışıb.

   Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistri Nuran Atamoğlanovanın “Üzeyir Hacıbəylinin kamerainstrumental yaradıcılığı”, muzeyin əməkdaşı Təranə Həsənovanın “Azərbaycan Xalq Cümhuriyyəti və Hacıbəyov qardaşları”, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Gülay Ramazanovanın “Üzeyir Hacıbəylinin vətənpərvərlik əsərləri”, Bakı Musiqi Akademiyasının məzunu Humay Fərəcovanın “Üzeyir Hacıbəyli və müstəqil dövlətçilik və azərbaycançılıq ideyaları” mövzusunda məruzələri dinlənilib. Yazıçı-publisist, fəlsəfə elmləri namizədi Əminə TuncayÜzeyir Hacıbəyli - istiqlalın carçısı kimimövzusunda çıxış edib.

   Tədbirdə ölməz bəstəkara həsr olunmuş "Əbədi iftixarımız" bədii-sənədli televiziya filmi nümayiş etdirilib. “Azərbaycantelefilm" yaradıcılıq birliyində istehsal olunan ekran əsərinin ssenari müəllifi, muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, rejissoru Tahirə Hüseynovadır.

   Sonda konfrans iştirakçıları bəstəkar Sərdar Fərəcovun ulu öndər Heydər Əliyevə həsr etdiyiBöyük vətəndaş haqqında oda” əsərini dinləyiblər.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 12.